Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Həyat yoldaşım hələ də özünə gəlməyib”- Toyunda zəhərlənən bəy danışdı  

Öz toyunda zəhərlənən bəy danışdı...

Bakıda “Şahənşah” restoranında baş vermiş zəhərlənmə ilə bağlı bəzi təfərrüat məlum olub.

PİA.az xəbər verir ki, toyu olan Elvin Şəmsəddin oğlu Məhəmmədov Oxu.Az-a bildirib ki, toyda 50 nəfərə yaxın adam zəhərlənib:

“Toydan sonra bizimlə əlaqə saxlayan qohumlar özlərini yaxşı hiss etmədiklərini bildirdilər. Daha sonra xəstəxanada olduqlarını eşitdik. Hamısının da qidadan zəhərləndikləri deyilir. Toydan sonra həyat yoldaşımın, mənim və ailə üzvlərimin də vəziyyəti çox ağırdır. Həyat yoldaşım hələ də özünə gəlməyib.”

E.Məhəmmədov onu da bildirib ki, qohumlardan hələ də xəstəxanada yatanlar var:

“Ən çox uşaqlara görə narahat olmuşuq. Dörd yaşlı qızın vəziyyəti daha ağır olub. Dostlarım da özlərini pis hiss edir. Restorandan bizə deyirlər ki, “bizdə qidadan zəhərlənmə ola bilməz.” Gəlinin anası və bacısı hələ də qızdırma içindədir. Qohumlarım üçün çox narahatam.”

Qeyd edək ki, toy noyarın 13-ü “Şahənşah” şadlıq sarayında keçirilib. Toydan sonra qonaqlarda mədə pozuntusu, qızdırma, ishal və qusma halı baş verib. Zəhərlənənlər arasında uşaqlar da olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Ən çox oxunanalar